iİnformatikanın məktəbdə tədrisi
17 iyun 2011 2512

Ümumtəhsil məktəblərində informatika fənninin tədrisi haqqında məqalə

 
"Azərbaycan müəllimi" qazetinin 17 iyun 2011-il tarixdə Ümumtəhsil məktəblərində informatika fənninin tədrisi  adlı məqalənin davamı dərc olunmuşdur. Məqalə Təhsil Nazirliyinin TİMS şöbəsinin baş məsləhətçisi Akif Əliyev  tərəfindən yazılmışdır.

Məqalənin tam mətni ilə muallim.edu.az saytında tanış ola bilərsiniz. Məqalənin bu hissəsində informatika proqramlar, dərsliklər barədə danışılır. Müəllif məqalənin sonunda tamamilə düzgün nəticələr çlxartdı ki "ötən 25 il ərzində informatika üzrə məktəb kursu daim yeniləşir və təkmilləşdirilir. Perspektivdə isə görüləsi hələ çox işlər var. Apardığımız araşdırmalar aşağıdakı  təklifləri irəli sürməyə imkan verir:

1. İnformatika kursunun məzmunu və tədrisi yolları daim yeniləşdirilməli və tətbiqi proqram təminatından asılı olaraq zənginləşdirilməlidir.

2. İnformatika kursunun həm kurikulumu, həm  də proqram-metodiki sistemi daim təkmilləşdirilməli və yeniləşdirilməlidir.

3. Müəllimlərin hazırlığının məzmunu həm ali və orta ixtisas məktəblərində, həm də ixtisasartırma mərhələsində daim yeniləşməli və zənginləşdirilməlidir. Xüsusilə ali məktəblərin ibtidai təhsilin pedaqogikası və metodikası ixtisası üzrə müəllim hazırlığının məzmununa informatika üzrə daim yeniləşən biliklərin daxil edilməsi vacibdir.

4. İnformatika üzrə fasiləsiz təhsil konsepsiyası, fənnin kurikulumu istiqamətlərində işlər davam etdirilməlidir.

5. Məktəblərin İnternetə qoşulması işi davam etdirilməli, İnternetdən istifadə zamanı uşaqların təhlükəsizliyi məqsədilə  arzuolunmaz kontentin filtrasiyasından istifadə edilməlidir.