iİnformatikanın məktəbdə tədrisi
15 sentyabr 2012 1961

Sumqayıt şəhərində informatika müəllimləri ilə görüş


Bu gün Sumqayıt şəhəri Təhsil şöbəsinin akt zalında informatika müəllimlərinin informatika dərsliklərinin müəllifləri ilə görüşü təşkil edilmişdir. Görüşdə yeni dərslik komplektlərindən, dərslərdə istifadə olunan proqram təminatından söhbət gedirdi.
Mahmudzadə Ramin m. qeyd etdi ki, proqramlaşdırma ilə məşğul olmaq istəyən şagirdilər e-olimp.com saytından faydalana bilər.Artıq bu saytın 4 dilindən biri də Azərbaycan dilidir. Şagirdlər özlərini sınamaq üçün məsələləri seçib, onların həlli alqoritmlərini proqramlaşdırma dilində yazıb, sayta göndərirlər. Saytın yoxlama sistemi var. Məsələnin düzgün və ya səhv həll olunması barədə məlumat gəlir. Saytda artıq 400 məsələ azərbaycan dilinə tərcümə olunub.
Sadıqov İsmayıl m. proqramlaşdırma dillərdən, xüsusən, LOGO dilindən danışdı, ALPLogo proqramlaşdırma mühitinin imkanlarını nümayiş etdirdi.
İnformatika müəllimləriniin sualları cavablandırıldı.