iİnformatikanın məktəbdə tədrisi
3 oktyabr 2012 2442

Şagirdlər arasında İnformatika üzrə beynəlxalq müsabiqə




Rusiyanın Sankt-Peterburq şəhəri informatikadan "Бобёр" beynəlxalq onlayn yarış keçirir. Məsələlər rus dilindədir. Müsabiqədə orta və orta ixtisas məktəblərinin şagirdləri iştirak edə bilər. İştirakçılar dörd yaş qruplarına (3-4, 5-6, 7-8, 9-10 ) bölünür. Müsabiqədə paralel olaraq 1-2 siniflər üçün "Бобрик" yarışması keçirilir.
Müsabiqə məktəblərin İnternet
ə qoşulmuş kompüter otaqlarında keçirilir. Məktəbin təşkilatçısı iştirakçıların bu yarışmada müstəgilliyini təmin etməlidir. Yarış 4 gün davam edir. Nəticələr poçtla məktəb təşkilatçılarına çatdırılır.

Müsabiqə 12-15 noyabr keçiriləcək.

Müsabiqənin şərtləri ilə http://bebras.ru/ saytında tanış ola bilərsiniz.

Qeyd edim ki, yarışa hazırlaşmaq üçün nümunə kimi 9 məsələ verilib. Test formasındadır. Şagirdlər özlərini sınaya bilər. Sınaqdan sonra düzgün cavablar da göstərilir, alınmış nəticələr müzakirə olunur.