iİnformatikanın məktəbdə tədrisi
29 mart 2017 1670

Müsabiqənin keçirilmə günü dəyişildi!

Şagirdlər təyin olunmuş mərkəzlərdə qeydiyyat və hazırlıq işləri üçün saat 10-00 olmalıdır. Tapşırıq saat 10-50 açıqlanacaq. Saat 11-00 verilmiş tapşırığı yerinə yetirmək üçün bütün iştirakçılar üçün START veriləcək.

Qeyd edək ki, 2 saat ərzində şagird verilmiş obyektin fotoşəkli əsasında onun üçölçülü modelini hazırlamalıdır. Həmin faylı qovluğa yerləşdirib, adlandırıb (faylın adında şagirdin adı, soyadı və məktəbin adı göstərilməlidir), kompüterin  iş masasında saxlamalıdır. Mərkəz rəhbərləri şagirdlərin işlərini bir qovluğa yığıb, 14-00 kimi [email protected] poçt ünvanına göndərməlidirlər. Qiymətləndirmə bu meyarlar əsasında aparılacaqdır: 1. modelin orijinal obyektə oxşarlığı; 2. işin tamlığı; 3. işin səliqəli yerinə yetirilməsi.

Mərkəzlərin ünvanları ayrıca göstərilib.