iİnformatikanın məktəbdə tədrisi
7 dekabr 2012 2081

“Müəllimlər üçün sosial servislər” kitabının təqdimat mərasimi




 07 dekabr tarixdə Akademik Zərifə Əliyeva adına Məktəbdə Multimedia Mərkəzi tərəfindən "Müəllimlər üçün sosial servislər” kitabının təqdimat mərasimi keçirildi.
Kitabın müəllifləri Multimedia Mərkəzinin direktoru, AİF -in prezidenti Osman Gündüz və Təhsil Nazirliyi Təhsil Sisteminin İnformasiyalaşdırılması idarəsinin şöbə müdiri Ramin Süleymanov kitabı mərasimdə iştirak edənlərə təqdim etdilər.
Bu kitab informasiya texnologiyalarından, xüsusilə də sosial media alətlərindən istifadə etməklə tədris prosesini daha effektiv qurmaq istəyən müəllimlər üçün nəzərdə tutulub.
Təhsil Nazirliyi tərəfindən metodiki tədris vəsaiti kimi tövsiyə olunan kitabda İnternet texnologiyalardan, sosial media alətlərindən təhsil məqsədləri üçün effektiv istifadə mexanizmləri və müxtəlif sosial media alətlərinin pedaqoji imkanları haqqında bilgilər verilib.
Kitabda "Uşaqların informasiya təhlükəsizliyinin qorunması üçün tədbirlər” və "Təhsil üçün faydalı İnternet resurslar” adlı əlavə bölmələr də özünə yer alıb.
Tədbirdə təhsil və elmi ictimaiyyətinin, dövlət və özəl qurumların nümayəndələri, sosial media menecerləri iştirak edirdi. (cit.az)