14 iyun 2011 2218
Kompüter qarşısında oturuş qaydaları. Sözsüz videodərs
İnformatika fənnindən ilk praktiki məşğələlərə başlayarkən mütləq şagirdlərə kompüter qarşısında düzgün oturuş və iş qaydaları izah olunmalıdır. Bunu yazılı, şifahi, plakat vasitəsilə və digər üsullarla etmək olar. Həmin qaydalar təqdim olunan videomaterialda çox sadə və yüngül formada izah edilir. Bu videomaterialın ən maraqlı cəhəti odur ki, onun izahı üçün sözə gərək yoxdur. Bu materialdan dərslərdə istifadə edilməsi çox faydalı olardı. Videomaterial http://vimeo.com/21913622 saytından götürülmüşdür.