7 sentyabr 2010 9843
İnformatikanın tədrisi metodikası
İnformatika fənni keçmiş SSRİ ərazisində düz 25 il bundan qabaq, 1985-ci ildən etibarən orta məktəblərdə tədris olunmağa başlanmışdır. Həmin dövrdən keçən illər ərzində bütün dünyada və ölkəmizdə bu sahədə inqilabi dəyişikliklər baş vermişdir. 1985-ci ildən başlayaraq İnformatika fənni 10-cu və 11-ci siniflərdə tədris olunurdu.
Yalnız 2005-ci ildə Respublikamızın orta məktəblərinin 5-ci sinifləri üçün dərslik yazıldı və bu iş çox böyük sürətlə bu gün də davam etdirilir. Biz fəxr edə bilərik ki, ölkəmizdə İnformatika fənni 1-ci sinifdən başlayaraq 11-ci sinifə kimi bütün siniflərdə tədris olunur. Bu çox böyük nailiyyətdir! Bəşəriyyətin inkişaf nəbzini tutan və gələcəyi duya bilən intellektual və fədakar insanların zəhməti nəticəsində
bu fənn respublikamızın ümumtəhsil məktəblərində tədris olunan əsas fənlər sırasına daxil edilmiş və məktəblərimizdə müstəqil olaraq tədris olunur.
İsayeva Naidə Rizvan qızı, informatika müəllimi
bu fənn respublikamızın ümumtəhsil məktəblərində tədris olunan əsas fənlər sırasına daxil edilmiş və məktəblərimizdə müstəqil olaraq tədris olunur.
İnformatika
fənninin tədrisi aparat və proqram təminatı ilə səciyyələnsə də bu
fənnə İKT-nin tədrisindən daha geniş çərçivədə yanaşılmalıdır. Məhz
buna görə də bəzi qonşu dövlətlərdə bu fənnin adı son bir neçə ildir
ki, "İnformatika və İKT" adlandırılır. Ölkəmizdə qəbul olunmuş məlum
dövlət proqramları məktəblərin kompüter texnologiyaları və internetlə
təminat problemini demək olar ki, tamamilə həll etmişdir.
İsayeva Naidə Rizvan qızı, informatika müəllimi