İnformatika fənninin tədrisinə nə qədər vaxt ayrılmalıdır

1.Ümumtəhsil məktəblərinin ibtidai siniflərində (I – III siniflər) İnformatika fənninin tədrisi üçün 1 saat ayrılır;
2. İxtisaslı kadrları olan ümumtəhsil
məktəblərinin IV, V, VI, VII, VIII və IX
siniflərində fakültativ, fərdi və qrup məşğələləri üçün ayrılan saatlardan 1
saatı dərs cədvəlinə daxil edilməklə
İnformatika fənninin tədrisinə verilir;
Qiymətləndirmə sinif jurnalında "İnformatika” səhifəsində aparılır;
Praktiki məşğələlər üçün ayrıca saat ayrılmadığına görə sinfin iki qrupa bölünməsi daha məqsədəuyğundur. Məsələn, bu halda sinfin I yarısı kompüterdə praktiki tapşırıqları yerinə yetirə, II yarısı isə müəllimin verdiyi başqa tapşırıqları yerinə yetirir. Sonra qruplar yerlərini dəyişə bilər.
Bir şagirdin bir dərs ərzində fasiləsiz kompüter qarşısında oturmaq müddəti:
1-2 siniflər: 10 dəqiqədən çox olmamalı
3-4 siniflər: 20 dəqiqədən çox olmamalı
5-9 siniflər: 20-25 dəqiqədən çox olmamalı
3. Maddi-tədris bazası və ixtisaslı müəllim kadrları olmaq şərti ilə seçmə fənlərə ayrılan saatlardan 1 saatını informatikanın X-XI siniflərdə tədrisinə ayırmaq olar. Həmin vaxt 1 saat nəzəriyyə və 1 saat praktik məşğələlərə ayrılır. Sinifdə şagirdlərin sayı 15 və daha çoxdursa, praktik məşğələlər keçdiyi zaman sinif iki qrupa bölünür.
Qeyd: kompüter sinfi olmayan ümumtəhsil məktəblərində İnformatika fənni üzrə praktik məşğələ keçilmir! (başqa sözlə, İnformatikaya həftədə 1 saat vaxt ayrılır).