19 dekabr 2011 1905
"Gənc proqramçılar" məktəbi fəaliyyətə başlayıb
Biliklər iqtisadiyyatına inteqrasiya proseslərinin getdikcə vüsət alması
informasiya texnologiyaları və innovasiya sektorunda kadr hazırlığı
siyasətinin təkmilləşdirilməsi məsələlərini zəruriləşdirmişdir. Bu isə,
öz növbəsində, informatika və İKT biliklərinə dərindən yiyələnən,
beynəlxalq təcrübəni yüksək səviyyədə mənimsəyən, xarici dilləri
mükəmməl bilən mütəxəssislərə tələbat artımının göstəricisidir. Təsadüfi
deyil ki, bu gün istənilən ölkənin elm və təhsil strategiyasında
savadlı, peşəkar, innovativ kadrların yetişdirilməsi ali dəyərlərdən
hesab edilir. Dünyanın aparıcı ölkələrində informasiya cəmiyyəti
prinsiplərinin davamlı və dayanıqlı şəkildə müvəffəqiyyətlə həyata
keçirilməsi məqsədi ilə yüksək elmi-texniki biliklərə malik kadrların
yetişdirilməsi, gənclərin intellektual səviyyəsinin artırılması, məntiqi
təfəkkürünün inkişafı, müasir düşüncə tərzi və dünyagörüşünün
formalaşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirilir.
Dünyada gedən bu proseslərdə ölkəmiz də yaxından iştirak edir. Bu gün Azərbaycanda gənclərin yüksək səviyyədə təhsil alması, yaradıcılıq potensialının inkişafı, öz bilik və bacarıqlarını nümayiş etdirməsi üçün lazımi şərait yaradılıb. Ölkədə qəbul edilən müvafiq dövlət proqramları, strateji tədbir və layihələrin başlıca hədəflərindən biri də gənclərimizin İKT hazırlığının daha da təkmilləşdirilməsi, kompyuter proqramlaşdırması sahəsində istedadının aşkara çıxarılması, müxtəlif fənlər üzrə olimpiadaların, layihələrin və s. həyata keçirilməsidir.
İnformatika və İKT-nin elmi-nəzəri əsaslarının, müxtəlif problemlərinin, onların həlli yollarının araşdırılması, inkişaf perspektivləri və meyllərinin müəyyən edilməsi, o cümlədən informatikanın tədrisində dəyərli töhfələrini verən AMEA İnformasiya Texnologiyaları İnstitutunda da İT ixtisasları üzrə peşəkar mütəxəssis hazırlığı məsələlərinə xüsusi önəm verilir. Gənc nəslin yeni cəmiyyətin tələblərinə uyğun olaraq formalaşması, yeni biliklərin əldə edilməsi, bir sözlə milli kadr hazırlığı siyasətinin uğurla həyata keçirilməsi istiqamətində məqsədyönlü işlər aparılır.
İnstitutda İT dünyasının aparıcı qüvvələrindən hesab olunan gənc proqramçılar ordusunun yetişdirilməsi məsələlərinə xüsusi diqqət yetirilir. Proqramlaşdırma, proqramlaşdırma dilləri ilə bağlı tədrisin aparılması, ölkədə proqram istehsalı, milli İKT məhsullarının hazırlanması, proqram mühəndislərinin yetişdirilməsi, ümumiyyətlə proqram sənayesinin inkişaf etdirilməsi sahəsində kompleks işlərin həyata keçirilməsi, bu işlərə dəstək verilməsi institutun başlıca hədəflərindəndir. Bu məqsədlə İnfoMAS İctimai Birliyi (İnformasiya Texnologiyaları Mütəxəssisləri Assosiasiyası) ilə birgə İTİ-nin Tədris-İnnovasiya Mərkəzinin nəzdində bu sahənin inkişafı məqsədlərinə xidmət edən Gənc Proqramçılar Məktəbi yaradılıb.
Alim və yüksək ixtisaslı proqramçıların rəhbərliyi ilə proqramlaşdırma üzrə yeni biliklərin tədrisi, mütəxəssislərlə real interaktiv ünsiyyətin qurulması, o cümlədən Azərbaycanın beynəlxalq müsabiqələrdə layiqli təmsil olunması üçün peşəkar proqramçıların yetişdirilməsi Gənc Proqramçılar Məktəbinin əsas hədəflərindəndir. Burada gələcəyin proqramçılarına kompyuter və informatika elmlərinin predmeti, kompyuter texnologiyaları, onların inkişaf mərhələləri və perspektivləri, kompyuter şəbəkələri, alqoritmləşdirmə haqqında dərslər keçirilir. Əsas məqsəd İT kursların, Yay kompyuter düşərgələrinin təşkili, məktəbli və tələbələrin proqramlaşdırma üzrə müxtəlif müsabiqə və beynəlxalq olimpiadalara hazırlığı, İT üzrə müxtəlif layihələrdə iştirak, bu sahədə müvafiq qurumlarla əməkdaşlıq əlaqələrinin yaradılmasıdır.(ict.az saytının materialları əsasında)