"Ən yaxşı videotədris resursu" müsabiqəsinə start verildi

Hörmətli informatika müəllimləri! "Ən yaxşı videotədris resursu" müsabiqəsinə start verilir!
Şərtlər:
1. Hər iştirakçıdan yalnız bir iş qəbul olunur (və ya eyni mövzuda silsilə işlər - onlar bir iş kimi qiymətləndiriləcək);
2. Videoçarxda izahat azərbaycan dilində olmalıdır;
3. Videoçarx informatika dərsliklərinin bir mövzusuna həsr olunmalıdır (mövzunun izahı verilməlidir); Prioritet proqramlaşdırma dillərinin mövzularının izahatına veriləcəkdir.
4. Videoresursu youtube.com saytında yerləşdirib, onun linkini [email protected] ünvanına göndərmək lazımdır.
Müsabiqəyə keçmiş illərdə təqdim olunan işlərlə informatik.az saytının "Videoresurs müsabiqəsi" bölümündə tanış ola bilərsiniz.
İşlər 4 noyabr 2016-cı il tarixindən 1 fevral 2017-cı tarixinə qədər qəbul olunacaq.