14 fevral 2011 2896
“Elektron Təlimləndirən Sistemlər” layihəsi çərçivəsində görüş

Fevralın 5-də Təhsil Nazirliyində xüsusi qayğıya ehtiyacı olan məktəbyaşlı uşaqlar üçün "Elektron Təlimləndirən Sistemlər” layihəsi çərçivəsində görülmüş işlərin müzakirəsinə həsr olunmuş tədbir keçirilib.
Ölkədə distant təhsilin inkişaf etdirilməsi, eyni zamanda xüsusi qayğıya ehtiyacı olan şagirdlərin bu prosesə daha yaxından cəlb olunması məqsədilə "Elektron Təlimləndirən Sistemlər” layihəsi işlənib hazırlanıb.Layihə çərçivəsində ilk növbədə 30 şagird və 7 müəllim heyətinə ən yeni proqramlarla təchiz olunmuş noutbuklar təqdim edildi. Dərs prosesinin idarə edilməsi məqsədi ilə müəllimlər üçün ayrilan tədris məkanı yüksək sürətli internet və intranet bağlantılarla təchiz olunacaq, təlim məsafəsi əsasında 16 təlimçi müəllim heyəti hazırlanacaq, təlimçilər tərəfindən məktəbyaşlı uşaqlar üçün məsafədən təhsilin köməyi ilə təlim məsəfəsi əsasında təlimlər təşkil olunacaq. Layihənin həyata keçirilməsində Heydər Əliyev Fondunun böyük rolu var. (www.edu.gov.az saytın materiallar əsasında)