Dünya telekommunikasiya və informasiya cəmiyyəti günü

Bu gün - 17 may bütün dünyada Ümumdünya telekommunikasiya və informasiya cəmiyyəti günü kimi qeyd olunur.
2006-cı ilin mart ayının 26-da BMT Baş Assambleyası 17 may tarixini Ümumdünya telekommunikasiya və informasiya cəmiyyəti günü elan edən qətnamə qəbul edib. Bayramın tarixi 17 may 1865-ci ildə sonradan Beynəlxalq Telekommunikasiya İttifaqı adlanan Beynəlxalq Teleqraf İttifaqının yaradılması günü ilə bağlıdır. Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününün əsas məqsədi internetdən və informasiya-kommunikasiya texnologiyalarından istifadənin cəmiyyətlərə və ölkələrə verdiyi imkanlar və "rəqəmsal fərqliliyin” aradan qaldırılması barədə məlumat səviyyəsinin artırılmasına kömək göstərməkdən ibarətdir. Bu tarix bütün proqramçılar, sistem administratorları, internet-provayderləri, veb-dizaynerlər, eləcə də informasiya texnologiyası sahəsində fəaliyyət göstərən hər bir şəxsin bayramı hesab olunur.