28 iyul 2011 1842
Donald Knutun "Proqramlaşdırma sənəti" adlı seriyasının 5-ci kitabı hazırlanır

Ötən aylarda D.Knut məşhur əsərinin IV cildinin I hissəsini nəşr etdirib. Kitabın "Kombinasiya alqoritmləri, I hissə” adlanan 4a cildi "Addision-Wesley Professional” nəşriyyatında çap olunub. Kitab 912 səhifədən ibarətdir.
Bu yaxınlarda 73 yaşı tamam olan müəllif IV hissə üçün müqəddimədə etiraf edir ki, cildlərə dair planları tərtib edərkən kombinasiya alqoritmləri ilə bağlı materialların ona yalnız kiçik həcmli bir kitab yazmaq üçün kifayət edəcəyini düşünürdü. Lakin bu sahədə aparılan tədqiqatlar bunun əksini göstərib.
Qeyd edək ki, kitabın III cildinin birinci nəşrindən 38 il ötür. Müəllif "Proqramlaşdırma sənəti” əsərinin I cildini isə 1965-ci ildə nəşr etdirib. Həmin vaxtdan sonra ümumilikdə 7 cildin hazırlanması planlaşdırılıb. Knut özünü tamamilə bu layihəyə həsr etmək üçün 1990-cı ildə vaxtından əvvəl təqaüdə çıxıb.
ABŞ-ın Merliend ştatı Universitetinin Qabaqcıl Kompyuter Tədqiqatları üzrə İnstitutunun professoru Uzi Vişkin əsərin informatikanın inkişaf edən elmdən fundamental elmə çevrilməsində əhəmiyyətli rol oynadığını bildirib.
"Proqramlaşdırma sənəti” materialın elmiliyi və dolğunluğu sayəsində əfsanəvi status qazanıb. ”Computerworld” jurnalının məlumatına görə, "Microsoft” şirkətinin baş direktoru Bill Qeyts kitabın bütün cildlərini oxuyan hər kəsin CV-sini qəbul etməyə hazır olduğunu bildirib.
(ict.az saytının materialları əsasında)