iİnformatikanın məktəbdə tədrisi
22 noyabr 2011 1751

BakuTel-2011 sərgisi işinə başlayıb



Bakıda XVII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgi və konfransı işinə başlayıb. BakuTel-2011 sərgisində ümumilikdə 29 ölkədən 250-yə yaxın şirkət iştirak edir,  onun da 40%-dən çoxunu yerli İT şirkətləri, mobil operatorlar, distribütorlar, rabitə operatorları və servis şirkətləri təşkil edir. İlk dəfə olaraq "BakuTel-2011” sərgisində Avstriya, Macarıstan, Fransa, Kanada, Litva və digər dövlətlərdən 18 milli ekspozisiya təqdim olunur. Ötən illə müqayisədə bu il sərgi sahəsinin və iştirakçıların sayında iki dəfə artım olub. Sərgi noyabrın 26-dək davam edəcək.