iİnformatikanın məktəbdə tədrisi
8 aprel 2011 2011

Bakıda Yevgeni Kasperski ilə görüş



Aprelin 5-də təhsil naziri Misir Mərdanov "Kasperski Laboratoriya” antivirus kompaniyasının baş direktoru Yevgeni Kasperskinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Rəhbərlik etdiyi qurumun internet təhlükəsizliyi texnologiyaları üzrə ixtisaslaşdığını qeyd edən "Kasperski Laboratoriya” antivirus kompaniyasının baş direktoru Yevgeni Kasperski kompüter viruslarına qarşı lisenziyalı müdafiənin üstünlükləri haqqında fikirlərini söyləyib. Müxtəlif ölkələrdə həyata keçirdikləri layihələrdən söz açan qonaq "Kasperski Laboratoriya”nın təqdim etdiyi xidmət növləri barədə ətraflı məlumat verib və Azərbaycanda ayrı-ayrı dövlət qurumları ilə əməkdaşlığın yaradılmasında maraqlı olduqlarını vurğulayıb.