iİnformatikanın məktəbdə tədrisi
20 may 2011 1768

"Azərbaycanda informatikanın təşəkkülü" kitabı çap olunub




Azərbaycanda informatikanın 50 illiyinə həsr olunmuş "Azərbaycanda informatikanın təşəkkülü” kitabı işıq üzü görüb. Layihənin rəhbəri akademik Əli Abbasov, elmi redaktoru isə akademik Telman Əliyevdir.

"Letterpress” nəşriyyatında çap edilən kitabda Azərbaycanda informatika sahəsinin yaranması və inkişaf mərhələləri işıqlandırılıb. Nəşrdə informasiya və hesablama texnikasının ilk element və qurğularının işlənib hazırlanmasından başlayaraq informasiya texnologiyalarının bugünkü səviyyəsinədək keçilən yolda qazanılan nailiyyətlər haqqında geniş məlumatlar verilib.

Kitabda həmçinin Azərbaycanda informasiya texnologiyaları sahəsinin inkişafında xüsusi xidmətləri olan alim və mütəxəssislərin fəaliyyəti haqqında da məlumat verilib.

Materiallar əsasən elmi-tədqiqat institutları, universitetlər, müxtəlif təşkilatlar, həmçinin alim və mütəxəssislər tərəfindən təqdim olunmuş məlumatlar əsasında hazırlanıb. (ict.az)