27 may 2011 1679
Azərbaycan Hökuməti ilə “Microsoft” şirkəti arasında müqavilə bağlanılıb

Azərbaycanın hökumət rəsmiləri bu gün "Microsoft”
şirkəti ilə Proqram Təminatının Qanuniləşdirilməsinə dair rəsmi saziş
imzalayıb.
Saziş bütün ölkə ərazisində proqram piratlığının
azaldılmasına dair yeni öhdəliyə işarə edir. Sazişin əhatə etdiyi bütün
hökumət idarələrində qanuni lisenziyalaşdırılmış proqram təminatından
istifadə olunmasını təmin etməyə köməklik edəcək.