iİnformatikanın məktəbdə tədrisi
5 avqust 2011 3766

7 siniflər üçün yeni İnformatika dərsliyi nəşr olunub



TN tender komissiyasının qərarı ilə 2011-2012 dərs ilində 7-ci siniflər yeni İnformatika dərsliyindən istifadə edəcəklər. Dərslik (müəlliflər: R.Mahmudzadə, İ.Sadıqov, N.İsayeva) mövcud proqram əsasında yazılıb və aşağıdakı bölmələrdən ibarətdir:
1. İnformasiya texnologiyaları
Komppyuterin tətbiq sahləri.
Kompyuterlərin təsnifatı.
İnformasiya mədəniyyəti. Şəbəkə etikası.
Proqram təminatının növləri. Qrafik istifadəçi interfeysi.
2. Modelləşdirmə
Model və modelləşdirmə.
Google Sketchup qrafik redaktoru.
Modellərlə iş texnologiyası. Tillər və üzlər.
Üçölçülü modellərin qurulması.
Üslublar və kölgələr.
Hazır modellərdən istifadə.
3. Masaüstü nəşriyyat
Masaüstü nəşriyyat sistemləri.
İnformasiya bülleteni.
Mətn çərçivələri ilə iş.
İnformasiya bukleti.
4. Alqoritmləşdirmə
Alqoritm anlayışı.
Əsas alqoritmik konstruksiyalar. Xətti alqoritmlər.
Budaqlanan alqoritmlər. Maksimal və minimal elementin tapılması.
Dövri alqoritmlər. Çeşidləmə.
5. Proqramlaşdırma
Obyektlər və onların xassələri.
Obyekt-yönlü proqramlaşdırma.
Lazarus vizual proqramlaşdırma mühiti.
İlk proqramın yaradılması.
Hadisələr və onların işlənməsi.
Pascal proqramlaşdırma dili.
Çox faydalı proqram.

İnformatika müəllimlərin nəzərinə!
Lazarus proqramlaşdırma mühitinini, SketchUp proqramını saytın "Proqram təminatı" bölməsindən yükləyə bilərsiniz.
Dərsliyin elektron versiyası "İnformatika dərslikləri" bölümündə yerləşdirirlib.