iİnformatikanın məktəbdə tədrisi

Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün informatika fənn kurikulumu (V-XI siniflər)

18 aprel 2011 3593

Təhsil pillələri üzrə təlim nəticələri

 

 Əsas təhsil pilləsində məzmun xətləri üzrə təlim nəticələri

 

1.         İnformasiya və informasiya prosesləri

            Şagird:

* informasiyanın xassələri haqqında biliklərini nümayiş etdirir;

* informasiyanın kodlaşdırılmasını izah edir;

* informasiyanın qəbul edilməsi və ötürülməsini nümunələr əsasında izah edir;

* informasiyanın təsvir üsullarını sadalayır;

* informasiyaların həcmini müəyyənləşdirir, ölçür və onları əlamətlərinə görə sistemləşdirir.

2.         Formallaşdırma, modelləşdirmə, alqoritmləşdirmə və proqramlaşdırma

            Şagird:

* modelləşdirmənin əsas mərhələləri haqqında biliklərini nümayiş etdirir;

* informasiya modellərinin təsviri formalarını sadalayır, müxtəlif informasiya modelləri qurur və onları təhlil edir;

* alqoritmin mahiyyətini aydınlaşdırır, növlərini sadalayır və müxtəlif məsələlərin həlli alqoritmini qurur;

* proqramlaşdırma dillərindən istifadə etməklə məsələlərin həlli alqoritminin proqramını tərtib edir;

* sadə veb-səhifələr yaradır.

3.         Kompüter, informasiya və kommunikasiya texnologiyaları və sistemləri

            Şagird:

* kompüterdə istifadə olunan əməliyyat sistemlərini tənzimləyir;

* mətn və qrafiki redaktorda müvafiq nümunələr hazırlayır;

* multimedia təqdimatları hazırlayır;

* elektron cədvəldə iş nümayiş etdirir;

* müxtəlif şəbəkə növlərindən, şəbəkənin işini təmin edən proqram təminatından, İnternetin xidməti proqramlarından istifadə edir.

4.         Cəmiyyətin informasiyalaşdırılması

            Şagird:

* informasiya resurslarını toplayır, sistemləşdirir və təhlil edir;

* informasiya cəmiyyətinin formalaşdırılmasına dair layihələr hazırlayır.

 

Orta təhsil pilləsində məzmun xətləri üzrə təlim nəticələri

 

1.         İnformasiya və informasiya prosesləri

            Şagird:

* informasiya proseslərinin mahiyyətini şərh edir;

* informasiya sistemləri haqqında bilik və bacarıqlarını nümayiş etdirir;

* müxtəlif növ informasiyalarla işləyir və onlardan istifadə edir.

2.         Formallaşdırma, modelləşdirmə, alqoritmləşdirmə və proqramlaşdırma

            Şagird:

* kompüter-informasiya modelinin yaradılmasının əsas mərhələlərini şərh edir;

* verilmiş informasiya prosesinin modelini qurur, onu kompüterdə tədqiq edir;

* veb-proqramlaşdırmanın mahiyyətini izah edir, veb-saytlar hazırlayır.

3.         Kompüter, informasiya və kommunikasiya texnologiyaları və sistemləri

            Şagird:

* situasiyalara uyğun olaraq kompüterdə əməliyyatlar nümayiş etdirir;

* müəyyən sahəyə aid verilənlər bazasını layihələndirir;

* müxtəlif İnternet xidmətlərinə aid təqdimatlar edir.

4.         Cəmiyyətin informasiyalaşdırılması

            Şagird:

* informasiya cəmiyyətini xarakterizə edən əsas fəaliyyət sahələrindən (informasiya inqilabları, informasiya təhlükəsizliyi, informasiya mədəniyyəti, elektron hökumət, elektron təhsil, elektron seçki, elektron kitabxana, elektron ticarət) istifadə bacarıqları nümayiş etdirir;

* informasiya cəmiyyətinin əsas əlamətlərinə aid nümunələr gətirir və onlardan fəaliyyətində istifadə edir.

 

Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün informatika fənn kurikulumu (V-XI siniflər)

(Azərbaycan müəllimi, 2009, N 22)