iİnformatikanın məktəbdə tədrisi

SketchUp müsabiqəsi

"Ən yaxşı üçölçülü model" müsabiqəsinin

QAYDALARI

  • Müsabiqə 7- 10 sinif şagirdlər arasında keçirilir.
  •  Müsabiqəyə qeydiyyat onlayn aparılır
  • Hər məktəbdən ən çoxu iki nəfər iştirak edir.
  • Müsabiqə günü iştirakçı Mərkəzə saat 9-30 gəlməlidir. 
  • Müsabiqə tapşırığı saat 9-50 informatik.az saytında   əks olunur.
  • Tapşırığın yerinə yetirilməsi saat 10-00 başlayır.
  • Şagirdlərə 3 saat (bəzən 3,5) vaxt ayrılır. Bu müddət ərzində şagird SketchUp proqramında verilmiş obyektin (bina, arxitektur abidə) üçölçülü modelini hazırlamalıdır.
  •  Ayrılmış vaxt müddəti bitəndən sonra şagirdlər kompüterdə işlərini dayandırır. Yarım saat ərzində Mərkəz rəhbəri  iştirakçıların işlərini (hər sketchup-faylın adı şagirdin soyadı, adı və məktəbin nömrəsindən ibarət olmalıdır) [email protected] ünvana göndərilməlidir. Fərdi şəkildə qoşulan iştirakçılar işlərini özləri qeyd olunan ünvana göndərməlidir. Göstərilən vaxtdan gec göndərilən işlər qiymətləndirməyə  buraxılmır. 

 İşlər aşağıdaki meyarlar əsasında müssiflər tərəfindən qiymətləndirilir.

  • orijinal obyektə uyğunluq dərəcəsi:  0 - 10 bal arası
  •  işin tamlığı: 0 - 10 bal arası
  • işin səliqəli yerinə yetirilməsi: 0 - 10 bal arası

Qiymətləndirmə nəticələri informatik.az saytında yerləşdirilir. 1, 2 və 3 yer tutan şagirdlərə diplom və hədiyyələr təqdim olunur. Bütün iştirakçılar iştirakçı sertifikatı alır.

İLİ seçin:

2013 2014 2015
2016 2017 2018
2019 2022 2023