iİnformatikanın məktəbdə tədrisi

Şəhər turu

Şəhər turu (2007-ci ilin məsələləri) 1. İkinin quvvətləri. N ədədi daxil edilir (1≤ N ≤ 106 ). Həmin ədəd ikinin hər hansı qüvvətidirsə YES, əks halda NO sözünü çap edən proqram tərtib et. 2. N, M və K üç natural ədəd daxil edilir. N-dən M-dək (M özü də daxil olmaqla) olan ədədlərin içərisindən rəqəmlərinin cəmi K-ya qalıqsız bölünən ədədlərin sayını tapın. Giriş Çıxış 1 100 3 10 22 4 33 3 3. Dovşan N uzunluqda yolda yalnız irəliyə tullana bilir. Dovşanın tullanış məsafəsinin uzunluğu K-dan(1≤ K, N≤ 100)çox deyildir. Dovşanın bütün yolu əvvəldən axıradək tullanaraq keçməsi üçün müxtəlif üsulların sayını göstərən ədədi tapın. Məsələn, N=3, K=2 üçün dovşanın mümkün tullanışları 1,1,1; 1,2; 2,1. Bu halda cavab 3 olacaq. Giriş N və K ədədləridir. 4. A+B=C tənliyi verilmişdir. Belə ki, burada A, b və C onluq yazılışında bəzi rəqəmləri ? işarəsi ilə əvəz olunmuş mənfi olmayan təm ədədlərdir. ?2 + 34 = 4? belə tənliyə bir nümunədir. ? işarəsinin yerinə elə rəqəmləri qoymaq tələb olunur ki, bu tənlik doğru bərabərliyi çevrilsin, ya da müəyyən edilsin ki, belə bərabərlik mümkün deyil. Mümkün həllərdən yalnız birini tapın. Giriş verilənlər: uzunluğu 40 simvoldan çox olmayan və boşluq işarəsi daxil olmadan tənlikdir.