iİnformatikanın məktəbdə tədrisi

olimpiada-zona-2009

İnformatika üzrə Respublika Olimpiadasının II rayon turunun məsələləri  (2006/2007-ci dərs ili)

1. İkinin quvvətləri.
N ədədi daxil edilir (1≤ N ≤ 106 ). Həmin ədəd ikinin hər hansı qüvvətidirsə YES, əks halda NO sözünü çap edən proqram tərtib et.

2. N, M və K üç natural ədəd daxil edilir. N-dən M-dək (M özü də daxil olmaqla) olan ədədlərin içərisindən rəqəmlərinin cəmi K-ya qalıqsız bölünən ədədlərin sayını tapın.

Giriş

Çıxış

1    100    3

10   22    4

33

3


3. Dovşan N uzunluqda yolda yalnız irəliyə tullana bilir. Dovşanın tullanış məsafəsinin uzunluğu K-dan(1≤ K, N≤ 100)çox deyildir. Dovşanın bütün yolu əvvəldən axıradək tullanaraq keçməsi üçün müxtəlif üsulların sayını göstərən ədədi tapın.

Məsələn, N=3, K=2 üçün dovşanın mümkün tullanışları 1,1,1;    1,2;  2,1.
Bu halda cavab 3 olacaq.
Giriş N və K ədədləridir.

4. A+B=C tənliyi verilmişdir. Belə ki, burada A, b və C onluq yazılışında bəzi rəqəmləri ? işarəsi ilə əvəz olunmuş mənfi olmayan təm ədədlərdir.

?2 + 34 = 4? belə tənliyə bir nümunədir. ? işarəsinin yerinə elə rəqəmləri qoymaq tələb olunur ki, bu tənlik doğru bərabərliyi çevrilsin, ya da müəyyən edilsin ki, belə bərabərlik mümkün deyil. Mümkün həllərdən yalnız birini tapın.
Giriş verilənlər: uzunluğu 40 simvoldan çox olmayan və boşluq  işarəsi daxil olmadan tənlikdir.