Baş səhifə » 2014»Dekabr»8 » Azərbaycan şagirdləri "Qunduz" ("Bebras") beynəlxalq informatika olimpiadasında iştirak etdilər
21:13
Azərbaycan şagirdləri "Qunduz" ("Bebras") beynəlxalq informatika olimpiadasında iştirak etdilər
Bu ilin dekabr ayının birinci həftəsində Azərbaycan ilk dəfə olaraq "Bebras" (azərbaycanca "Qunduz") beynəlxalq informatika olimpiadasının iştirakçısı oldu. "Qunduz" həftənin çərçivəsində ölkəmizin onlarla orta məktəbi bu müsabiqəyə qoşuldu. Şagirdlərə oxuduğu sinifdən asılı olaraq tapşırıqlar təqdim edilirdi və onlar 30 dəq ərzində bu məsələləri həll etməli idilər. Dekabrın 8-də nəticələr məlum oldu. İndi tam əminliklə demək olar ki, Azərbaycan şagirdləri bu müsabiqəyə ciddi yanaşmışdlr. Nəticələr gözlədiyindən daha yaxşı oldu. Hər şagird nəticədən asılı olmayaraq sertifikatla təltif olunacaq. Qeyd etmək lazımdır ki, bu müsabiqəni Azərbaycanda təşkil edən Adil Əliyevdir. Ona bütün informatika müəllimləri adından təşəkkürümüzü bildiririk.