Baş səhifə » 2011»Fevral»14 » “Elektron Təlimləndirən Sistemlər” layihəsi çərçivəsində görüş
22:12
“Elektron Təlimləndirən Sistemlər” layihəsi çərçivəsində görüş
Fevralın 5-də Təhsil Nazirliyində xüsusi
qayğıya ehtiyacı olan məktəbyaşlı uşaqlar üçün "Elektron Təlimləndirən
Sistemlər” layihəsi çərçivəsində görülmüş işlərin müzakirəsinə həsr
olunmuş tədbir keçirilib.
Ölkədə distant təhsilin inkişaf etdirilməsi, eyni zamanda xüsusi qayğıya
ehtiyacı olan şagirdlərin bu prosesə daha yaxından cəlb olunması
məqsədilə "Elektron Təlimləndirən Sistemlər” layihəsi işlənib
hazırlanıb. Layihə
çərçivəsində ilk növbədə 30 şagird və 7 müəllim heyətinə ən
yeni proqramlarla təchiz olunmuş noutbuklar təqdim edildi. Dərs prosesinin idarə edilməsi məqsədi ilə
müəllimlər üçün ayrilan tədris məkanı yüksək sürətli internet və
intranet bağlantılarla təchiz olunacaq, təlim məsafəsi əsasında 16
təlimçi müəllim heyəti hazırlanacaq, təlimçilər tərəfindən məktəbyaşlı
uşaqlar üçün məsafədən təhsilin köməyi ilə təlim məsəfəsi əsasında
təlimlər təşkil olunacaq. Layihənin həyata keçirilməsində Heydər Əliyev
Fondunun böyük rolu var. (www.edu.gov.az saytın materiallar əsasında)