Baş səhifə » 2016»Yanvar»30 » İnformatika olimpiadasının 1 turunun nəticələri məlum oldu
18:52
İnformatika olimpiadasının 1 turunun nəticələri məlum oldu
İnformatika fənni üzrə respublika olimpiadasının növbəti mərhələsinə keçmiş şagirdlərin siyahısı informatika.edu.az saytında yerləşdirilmişdir.
Qeyd edək ki, növbəti mərhələyə heç olmasa 1 məsələni (bütün testlər keçməsə də) həll edən şagirdlər keçmişdir.
Saytda qeyd olunub, ki siyahıda bölgə şagirdləri üçün (yəni Bakı və Sumqayıt şəhərləri istisna olmaqla) əlavə 30 yer ayrılmışdır. Belə ki, 29 fevral 2016-cı il tarixinədək www.informatika.edu.az saytındakı məsələlərdən həll edən şagirdlərdən reytinqcə ən yaxşı 30 nəfəri əlavə olaraq növbəti mərhələyə dəvət ediləcəklər.