2010-2011-ci dərs ili üçün
hazırlanmış "Ümumtəhsil məktəblərinin tədris planları”na əsasən İnformatika
fənninin tədrisi üçün aşağıdakıları nəzərə almaq lazımdır:
1.Ümumtəhsil məktəblərinin ibtidai siniflərində (I –
III siniflər) İnformatika fənninin tədrisi üçün 1 saat ayrılır;
2. İxtisaslı kadrları olan ümumtəhsil
məktəblərinin IV, V, VI, VII, VIII və IX
siniflərində fakültativ, fərdi və qrup məşğələləri üçün ayrılan saatlardan 1
saatı dərs cədvəlinə daxil edilməklə
İnformatika fənninin tədrisinə verilir;
Qiymətləndirmə
sinif jurnalında "İnformatika” səhifəsində aparılır;
Praktiki
məşğələlər üçün ayrıca saat ayrılmadığına görə sinfin iki qrupa bölünməsi daha
məqsədəuyğundur. Məsələn, bu halda sinfin I yarısı kompüterdə praktiki tapşırıqları
yerinə yetirə, II yarısı isə müəllimin verdiyi başqa tapşırıqları yerinə
yetirir. Sonra qruplar yerlərini dəyişə bilər.
Bir şagirdin
bir dərs ərzində fasiləsiz kompüter qarşısında oturmaq müddəti: 1-2 siniflər: 10 dəqiqədən çox olmamalı
3-4 siniflər: 20 dəqiqədən çox olmamalı
5-9 siniflər: 20-25 dəqiqədən çox olmamalı
3. Maddi-tədris bazası və ixtisaslı müəllim kadrları
olmaq şərti ilə seçmə fənlərə ayrılan saatlardan 1 saatını informatikanın X-XI
siniflərdə tədrisinə ayırmaq olar. Həmin vaxt 1 saat nəzəriyyə və 1 saat
praktik məşğələlərə ayrılır. Sinifdə şagirdlərin sayı 15 və daha çoxdursa,
praktik məşğələlər keçdiyi zaman sinif iki qrupa bölünür.
Qeyd:
kompüter sinfi olmayan ümumtəhsil məktəblərində İnformatika fənni üzrə praktik
məşğələ keçilmir! (başqa sözlə, İnformatikaya həftədə 1 saat vaxt ayrılır). |