Bakıda XVII
Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları
sərgi və konfransı işinə başlayıb. BakuTel-2011 sərgisində ümumilikdə
29 ölkədən 250-yə yaxın şirkət iştirak edir, onun da 40%-dən
çoxunu yerli İT şirkətləri, mobil operatorlar, distribütorlar, rabitə
operatorları və servis şirkətləri təşkil edir. İlk dəfə olaraq
"BakuTel-2011” sərgisində Avstriya, Macarıstan, Fransa, Kanada, Litva
və digər dövlətlərdən 18 milli ekspozisiya təqdim olunur. Ötən illə
müqayisədə bu il sərgi sahəsinin və iştirakçıların sayında iki dəfə
artım olub. Sərgi noyabrın 26-dək davam edəcək.