Cümə axşamı, 25.04.2024, 17:21
İnformatikanın məktəbdə tədrisi
Baş səhifə Qeydiyyat Giriş
e-mail: informatik-az@mail.ru · RSS
Menyu
Fotoşəkillər
Giriş forması
Sorğu
Müəllim kimi informatika dərslərində tez-tez istifadə edirəm:
Cavabların sayı: 9370
Faydalı keçidlər

  • ict.edu.az
  • ict.az
  • telekommunikasiya.edu.az
  • İnf-math.narod.ru
  • Millibyte.az
  • kayzen.az/blog/informatika
  • alqoritm.ucoz.org
  • mincom.gov.az
  • Facebook-da
    Təqvim
    «  Aprel 2014  »
    B.e.Ç.a.ÇC.a.CŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    282930
    Təqdimatlar
    Statistika

    Onlayn: 4
    Ziyarətçilərin sayı: 4
    Qeydiyyatdan keçənlərin sayı: 0


     
    Baş səhifə » 2014 » Aprel » 20 » "ALPLogo-2014" müsabiqəsi keçirildi
    22:54
    "ALPLogo-2014" müsabiqəsi keçirildi

    20 aprel 2014-ci il tarixində 6-cı siniflər arasında əvvəlcədən elan olunmuş proqramlaşdırma müsabiqəsi Bakının 264 nömrəli məktəbində böyük uğurla keçirilmişdir. Şagirdlər ALPLogo proqramlaşdırma mühitində 2 saat ərzində 3 tapşırığı yerinə yetirməli idilər. Tapşırıqların şərti informatik.az saytında “ALPLogo-2014” səhifəsində yerləşdirilmişdi. Müsabiqədə Bakı və Sumqayıt şəhərlərindən 25 şagird əyani olaraq iştirak etdi. İsmayıllı, Bərdə, Şabran və Ordubad rayonlarının şagirdləri isə müsabiqəyə İnternet vasitəsilə onlayn qatılmışlar. Şərtə görə regionlardan olan onlayn-iştirakçılar məsələləri müsabiqəyə start verilən vaxtından 30 dəq. əvvəl, səhər 9.30-da informatik.az saytından götürdülər. Əyani iştirakçılara isə tapşırıqlar çap olunmuş vərəqlərdə paylandı və proyektor vasitəsilə nümayiş etdirildi. Hər bir şagirdin işi vaxt bitən kimi yerli nümayəndə tərəfindən İnternet vasitəsilə münsiflər heyətinə göndərildi. Münsiflər heyətinin qərarına görə əvvəlcə Bakı və Sumqayıt şagirdlərinin, sonra isə onlayn-iştirakçların işləri yoxlanılacaq və bütün nəticələr 1-2 gün ərzində “İnformatika müəllimləri” qrupunda, informatik.az saytında və həftənin cümə günü “Azərbaycan müəllimi” qəzetində dərc ediləcəkdir.
    Qeyd edək ki, şagirdlər iki il ərzində tanış olduqları ALPLogo proqramlaşdırma mühitində yüksək bacarıqlar nümayiş etdirirdilər.
    Hal-hazırda işlərin yoxlanması və qiymətləndirilməsi prosesi davam edir.

    Baxılıb: 2669 | Əlavə edib: isanai
    Copyright İsaNaida © 2024
    PYTHON 3.4
    ALPLogo
    Info-Ko
    Fəxr edirik


    Elan
    Bölmələr
    MÜSABİQƏ
    Azərbaycanda İKT
    Axtarış
    Video